​Bayraq günü münasibətilə Hacıqabulda veloyürüş keçirilib - FOTO

​Bayraq günü münasibətilə Hacıqabulda veloyürüş keçirilib - FOTO Meydanda Bayraq gününün tarixindən və əhəmiyyətindən söz açılıb
Fərdi
9 Noyabr , 2015 10:50
​Bayraq günü münasibətilə Hacıqabulda veloyürüş keçirilib - FOTO

Bakı. 9 noyabr. REPORT. AZ / Dövlət Bayrağı günü ilə bağlı Hacıqabul rayonunda veloyürüş keçirilib. "Report" xəbər verir ki, yürüşdən öncə tədbir iştirakçıları Heydər Əliyev parkına gələrək ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri düzüblər. 

Yürüşə İsmət Qayıbov küçəsindən start verilib.

Yürüşdə rayon ictimaiyyəti ilə yanaşı 50-dən çox həvəskar velosipedçi iştirak edib. İştirakçılar əllərində üçrəngli bayrağımız İsmət Qayıbov, Məhəmməd Əsədov küçələrindən keçərək Bayraq meydanına doğru hərəkət ediblər. 2 kilometrlik veloyürüş Bayraq meydanında başa çatıb. Meydanda Bayraq gününün tarixindən və əhəmiyyətindən söz açılıb.

Son xəbərlər

Orphus sistemi