Baş nazir: "Koronavirusu yox etməsək, olimpiada olmayacaq"

Baş nazir: "Koronavirusu yox etməsək, olimpiada olmayacaq" Mövcud tədbirlər və qanunvericilik bazası kifayət etmədikdə yeni tədbirlərin nə dərəcədə mümkünlüyü ehtimalını nəzərdən keçirməliyik.
Fərdi
29 Aprel , 2020 13:33
Baş nazir: Koronavirusu yox etməsək, olimpiada olmayacaq
0 : 00
0 : 00

"Mövcud tədbirlər və qanunvericilik bazası kifayət etmədikdə yeni tədbirlərin nə dərəcədə mümkünlüyü ehtimalını nəzərdən keçirməliyik". 

"Report" "Nikkan Sports" nəşrinə istinadən xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Sindzo Abe deyib. 

O bildirib ki, koronavirus pandemiyasına qalib gəlməyəcəkləri təqdirdə, 2021-ci ildə Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının keçirilməsi mümkün olmayacaq. 

Qeyd edək ki, bu il 24 iyul - 9 avqustda keçirilməsi nəzərdə tutulan Tokio olimpiadası pandemiya səbəbindən 2021-ci ilə təxirə salınıb. Gələn yay iyulun 23-də start götürəcək yarış avqustun 8-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi