“Barselona” klubunun rəhbərliyi Nelson Semedo ilə mövcud müqavilənin müddətini uzatmaq üçün onunla danışıqlar aparır.
Bu barədə “Report” “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir.
Qeyd olunub ki, Kataloniya klubunun rəhbərliyi Semedo ilə müqaviləni 2025-ci ilə qədər uzatmaq, eyni zamanda futbolçunun maaşını və təzminat məbləğini artırmaq niyyətindədir.
26 yaşlı müdafiəçi 2017-ci ilin yayında “Benfika”dan “Barselona” ya keçib. Transferin məbləği 35,7 milyon avro idi .
Klubla futbolçu arasında mövcud olan müqavilənin müddəti 2022-ci ildə bitir.