“Barselona” gələn il Messiyə əlavə 33 milyon avro ödəyəcək

“Barselona” gələn il Messiyə əlavə 33 milyon avro ödəyəcək İspaniya “Barselona”sı gələn il kluba sadiq olduğuna görə argentinalı hücumçu Lionel Messiyə əlavə mükafat verəcək.
Fərdi
14 Noyabr , 2020 00:30
“Barselona” gələn il Messiyə əlavə 33 milyon avro ödəyəcək
Lionel Messi

İspaniya “Barselona”sı gələn il kluba sadiq olduğuna görə argentinalı hücumçu Lionel Messiyə əlavə mükafat verəcək.

“Report” xəbər verir ki, bu barədə “ESPN” telekanalı məlumat yayıb.

Mənbənin verdiyi məlumata görə, mükafatın məbləği 33 milyon avro olacaq.

Qeyd olunub ki, 2017-ci il müqaviləsində nəzərdə tutulan bonusun ümumi məbləği 66 milyon avrodur. Argentinalı futbolçu mükafatın ilk yarısını fevral ayında alıb.

Messi 2004-cü ildə yaşıl meydana çıxıb və peşəkar karyerasında 700-dən çox qol vurub.

Son xəbərlər

Orphus sistemi