“Barcelona” Dembeleni satmaq istəyir

“Barcelona” Dembeleni satmaq istəyir “Barcelona” futbol klubu hücumçu Usman Dembeleni ya satmaq, ya da başqa bir futbolçu ilə dəyişmək istəyir.
Fərdi
19 Avqust , 2021 06:11
“Barcelona” Dembeleni satmaq istəyir

“Barcelona” futbol klubu hücumçu Usman Dembeleni ya satmaq, ya da başqa bir futbolçu ilə dəyişmək istəyir.

Bu barədə “Report” “Calciomercato” nəşrinə istinadən xəbər verir.

Qeyd olunub ki, kataloniyalılar “Yuventus”a Dembeleni Deyan Kuluşevski ilə dəyişməyi təklif edib, ancaq qarşı tərəf təklifi mənfi cavablandırıb.

Xatırladaq ki, iyun ayında Macarıstana qarşı F qrupunun II tur matçında (1:1) dizindən zədələnən Usman Dembelenin əməliyyat olunacağı və 4 ay yaşıl meydanlardan kənarda qalacağı məlum oldu.

Ötən mövsüm fransalı futbolçu İspaniya çempionatının 30 matçında iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə verib. “Avro 2020”də Dembele qrup mərhələsində iki dəfə yaşıl meydana çıxsa da, qol vura bilməyib.

Son xəbərlər

Orphus sistemi