Banqladeş IV İslam Həmrəyliyi Oyunlarında 31 idmançı ilə təmsil olunacaq

Banqladeş IV İslam Həmrəyliyi Oyunlarında 31 idmançı ilə təmsil olunacaq Asiyalılar idmanın 8 növündə mübarizə aparacaqlar
Fərdi
16 mart 2017 06:03
Banqladeş IV İslam Həmrəyliyi Oyunlarında 31 idmançı ilə təmsil olunacaq

Bakı. 16 mart. REPORT.AZ/ Banqladeş Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında 31 idmançı ilə təmsil olunacaq. "Report"un "The Daily Star"a istinadən verdiyi məlumata görə, asiyalılar idmanın 8 növündə mübarizə aparacaqlar.

2013-cü ildə İndoneziyada təşkil olunmuş İslamiadada bir gümüş və bir bürünc medal qazanan Banqladeş idmançıları Azərbaycanda atıcılıq, ağırlıqqaldırma, üzgüçülük, güləş, gimnastika, atletika, karate və zorxana üzrə yarışlarda mükafat əldə etməyə çalışacaqlar.

Qeyd edək ki, 57 ölkənin iştirak edəcəyi IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi