Yuxarı

“Baku Cup – 2015” Beynəlxalq tennis turnirinin altıncı günü başa çatıb

Bu gün dörddə bir final çərçivəsində 5 görüş, habelə turnirin yarımfinalında bir qoşa görüş keçirilib

Bakı. 31 iyul. REPORT.AZ/ “WTA International” seriyasından qadınlar arasında “Baku Cup – 2015” Beynəlxalq tennis turnirinin altıncı günü başa çatıb.

Bu gün dörddə bir final çərçivəsində 5 görüş ( 4 təkbətək və bir qoşa) , habelə turnirin yarımfinalında bir qoşa görüş keçirilib.

Təkbətək yarışlarda iki rusiyalı tennisçi – Anastasiya Pavlyuçenkova və Marqarita Qasparyan yarımfinala çıxıblar. Rusiyanın digər nümayəndəsi Aleksandra Panova həmvətənlərinin uğurunu təkrar edə bilməyib. O, italiyalı tennisçi Karina Knappa uduzub. Patrisiya Mariya Tiq (Rumıniya) xorvatiyalı opponenti Donna Vekiçə qalib gəlib. Qoşa görüşlərin dörddə bir finalında Jaoxuan Yanq/Lin Ju cütlüyü (hər ikisi Çin) Oksana Kalaşnikova (Gürcüstan)/Danka Koviniç (Montereqro) cütlüyünə qalib gəlib.

Qoşa görüşlərin bugünkü yarımfinalında mübarizəni davam etdirmək hüququ uğrunda Kseniya Lıkina/Polina Monova (hər ikisi Rusiya) və Vitaliya Dyaçenko (Rusiya)/ Olqa Savçuk (Ukrayna) cütlükləri yarışıblar. Görüş sonuncu cütlüyün qələbəsi ilə başa çatıb.

Yarışların altıncı günü çərçivəsində keçirilən bütün oyunlar ümumi 2:0 hesabı ilə başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi