Novxanıda 45500 manat mükafat fondu olan turnir keçiriləcək

Novxanıda 45500 manat mükafat fondu olan turnir keçiriləcək "Qış Kuboku"nda Azərbaycan, Gürcüstan, İran və s. ölkələrin idmançıları iştirak edəcəklər
Fərdi
7 Yanvar , 2015 13:45
Novxanıda 45500 manat mükafat fondu olan turnir keçiriləcək

Bakı. 7 yanvar. REPORT.AZ/ Yanvarın 15-də Bakının Novxanı qəsəbəsindəki “Sərhədçi" Atçılıq Mərkəzinin qapalı manejində atçılığın konkur növü üzrə CSI2* kateqoriyalı “Qış Kuboku” adlı beynəlxalq turnirə start veriləcək. "Report"un təşkilatçı Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) rəsmi saytına istinadən verdiyi məlumata görə, üç gün davam edəcək turnirə Azərbaycan, Gürcüstan, İran və digər ölkələrin idmançıları qatılacaqlar.

Yarışlarda ümumilikdə 20-yə yaxın idmançı və 40-dək atın iştirakı gözlənilir. Turnirə Azərbaycan, Türkiyə, Bolqarıstan, Rusiya və İrandan dəvət olunacaq hakimlər kollegiyası nəzarət edəcək.

Qeyd edək ki, “Qış Kuboku”nun ümumi mükafat fondu 45500 manatdır.

Son xəbərlər

Orphus sistemi