“Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi sponsoru müəyyənləşib.
“Microplus Informatica” nəticələrin hesablanması xidmətlərinin göstərilməsi üçün vacib olan avadanlıqları, Avropa idman qurumlarının qayda və normalarına uyğun proqram təminatı sistemini, həmçinin "Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalının yarış meydanlarında bu xidmətlərin göstərilməsi üçün tələb olunan kadrları təqdim edir.
Gənclər və İdman naziri
MicroPlus 2000-ci ildə yaranıb və həmin zamandan etibarən, bir çox əhəmiyyətli idman tədbirlərində, o cümlədən Azərbaycanda keçirilən 2017 İslam Həmrəyliyi Oyunları kimi böyük idman yarışlarında xidmət göstərib.
Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalı 21 - 27 iyulda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.