Bakıdakı karate üzrə Avropa çempionatı ləğv olundu

Bakıdakı karate üzrə Avropa çempionatı ləğv olundu Bakıda keçirilməsi planlaşdırılan karate üzrə Avropa çempionatı ləğv olunub.
Fərdi
13 Mart , 2020 21:39
Bakıdakı karate üzrə Avropa çempionatı ləğv olundu

Bakıda keçirilməsi planlaşdırılan karate üzrə Avropa çempionatı ləğv olunub. 

"Report"un məlumatına görə, bu barədə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov məlumat verib. 

O bildirib ki, belə bir qərar koronavirus infeksiyası ilə əlaqədar qəbul olunub.

İ.Məmmədov deyib ki, 5 - 7 iyunda nəzərdə tutulan "Formula 1" üzrə Azərbaycan Qran-prisi barədə hələlik qərar qəbul olunmayıb.

Qeyd edək ki, karate üzrə Avropa çempionatı 25 - 29 martda keçirilməli idi.

Son xəbərlər

Orphus sistemi