Bakıdakı Dünya Kubokunun vaxtı açıqlandı - RƏSMİ

Bakıdakı Dünya Kubokunun vaxtı açıqlandı - RƏSMİ Beynəlxalq Gimnastika Federasiyası (FIG) COVID-19 pandemiyası səbəbindən təxirə salınmış bədii gimnastika üzrə Dünya Kuboklarının keçirilməsi üçün yeni tarixləri elan edib.
Fərdi
4 İyun , 2020 19:35
Bakıdakı Dünya Kubokunun vaxtı açıqlandı - RƏSMİ

Beynəlxalq Gimnastika Federasiyası (FIG) COVID-19 pandemiyası səbəbindən təxirə salınmış bədii gimnastika üzrə Dünya Kuboklarının keçirilməsi üçün yeni tarixləri elan edib.

"Report" Azərbaycan Gimnastika Federasiyasının (AGF) rəsmi saytına istinadən xəbər verir ki, 24-26 aprel tarixlərində Bakıda təşkil edilməli olan dünya kuboku növbəti ilin may ayında baş tutacaq.

Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat xarakterli kubok 2021-ci ilin 7-9 may tarixlərində elə eyni məkanda – Milli Gimnastika Arenasında keçiriləcək.

Olimpiadaya təsnifat xarakterli bədii gimnastika üzrə digər dünya kubokları gələn il 9-11 apreldə Sofiyada (Bolqarıstan), 16-18 apreldə Daşkənddə (Özbəkistan) və 11-13 iyunda Pesaroda (İtaliya) təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi