Bakıdakı Dünya Kuboku ləğv olundu

Bakıdakı Dünya Kuboku ləğv olundu Bakıda keçirilməsi planlaşdırılan stend və güllə atıcılığı üzrə Dünya Kuboku ləğv olunub.
Fərdi
8 Aprel , 2020 13:34
Bakıdakı Dünya Kuboku ləğv olundu

Bakıda keçirilməsi planlaşdırılan stend və güllə atıcılığı üzrə Dünya Kuboku ləğv olunub.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Atıcılıq İdman Federasiyasının (ISSF) rəsmi saytı məlumat yayıb.

ISSF koronavirus pandemiyası səbəbindən Bakıdakı yarışla yanaşı, Hindistanın Yeni Delhi şəhərindəki iki Dünya Kubokunu da ləğv edib.

Qeyd edək ki, Bakıdakı Dünya Kubokunun 22 iyun - 3 iyulda keçirilməsi nəzərdə tutulurdu.

Son xəbərlər

Orphus sistemi