Bakıda təşkil olunacaq şahmat üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Bakıda təşkil olunacaq şahmat üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib FİDE prezidenti turnir iştirakçılarına uğurlar arzulayıb və Dünya Kubokunu açıq elan edib
Fərdi
110
10 Sentyabr , 2015 20:51
Bakıda təşkil olunacaq şahmat üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Bakı. 10 sentyabr. REPORT.AZ/ Bu gün Bakıda təşkil olunacaq şahmat üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib. "Report"un məlumatına görə, tədbir Beynəlxalq Muğam Mərkəzində baş tutub. İlk olaraq qonaqlara Azərbaycanda şahmatın inkişafı və Dünya Kubokunun reqlamenti haqda məlumat verilib. Daha sonra turnir haqqında videoçarx nümayiş etdirilib. 

Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov qonaqları salamlayaraq ölkədə şahmatın inkişafından danışıb. O, Dünya Kubokunun Azərbaycanda keçirilməsinin təsadüfi olmadığını deyib: "Bu yaxınlarda Azərbaycanda "Bakı-2015" I Avropa Oyunları keçirilib və orada 50 ölkənin idmançıları iştirak edib. Azərbaycan idmançıları da ölkəmizi layiqli şəkildə təmsil ediblər. Hər kəs bu tədbirin yüksək səviyyədə keçməsi üçün əlindən gələni edir". 

Gənclər və idman nazirinin müavini İntiqam Babayev də bildirib ki, Azərbaycanda bir sıra beynəlxalq şahmat turnirləri keçirilib. Onun sözlərinə görə, zəka idman oyununa dövlət tərəfindən diqqət və qayğı göstərilir. İ.Babayev Azərbaycanın uğurlu çıxışına ümid etdiyini deyərək, hər bir idmançıya müvəffəqiyyətlər arzulayıb. 

FİDE prezidenti Kirsan İlümjinov isə "Bakı-2015" I Avropa Oyunlarının təşkilatçılığından söz açaraq, hər şeyin yüksək səviyyədə olduğunu vurğulayıb. K.İlümjinov turnir iştirakçılarına uğurlar arzulayıb və Dünya Kubokunu açıq elan edib. 

Turnirin püşkü atıldıqdan sonra tədbir bədii hissə ilə davam edib. 

Son xəbərlər

Orphus sistemi