Yuxarı
    Bağlamaq

    Azərbaycanda ​"Shamkir Chess" superturniri başlayıb

    Turnirin qalibi iyunun 4-də müəyyənləşəcək

    Bakı. 26 may. REPORT.AZ/ Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess" superturniri başlayıb.

    "Report"un məlumatına görə, 10 şahmatçının qatıldığı yarışda birinci turun ilk gedişini Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov edib.

    O, gediş üçün seçimini Dünya Kubokunun qalibi və dünya çempionu adına namizəd Sergey Karyakinlə (Rusiya) ağ fiqurlarla oynayan Şəhriyar Məmmədyarov üzərində edib.

    Digər görüşlərdə Eltac Səfərli Pavel Elyanov (Ukrayna), Fabiano Karuana (ABŞ) Pentala Harikrişna (Hindistan), Rauf Məmmədov Aniş Giri (Hollandiya), Teymur Rəcəbov isə Hou Yifan (Çin) ilə üz-üzə gələcək.

    Qeyd edək ki, dairəvi sistemlə keçirilən "Shamkir Chess" superturnirinin qalbi 9 turluq mübarizənin yekunu olaraq iyunun 4-də müəyyənləşəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi