Bakıda şahmat üzrə dünya çempionları ilə bağlı təklif müzakirə olunacaq

Bakıda şahmat üzrə dünya çempionları ilə bağlı təklif müzakirə olunacaq Rusiya Şahmat Federasiyası FİDE-yə təklif göndərib
Fərdi
4 Avqust , 2016 10:35
Bakıda şahmat üzrə dünya çempionları ilə bağlı təklif müzakirə olunacaq

Bakı. 4 avqust. REPORT.AZ/ Rusiya Şahmat Federasiyası (RŞF) yeni təkliflə çıxış edib. "Report"un məlumatına görə, qurum dünya çempionuna istənilən oyunçudan çağırışı qəbul etmək imkanının verilməsini istəyib.

Bundan ötrü həmin oyunçu mükafat fondu və matçın keçirilməsi üçün vəsait ayıra bilər. Mükafat fondundakı məbləğin yarısı Beynəlxalq Şahmat Federasiyasının (FİDE) hesabına köçürülməlidir.

FİDE-nin Yunanıstan paytaxtı Afinadakı ofisinə göndərilən təklif 4 - 14 sentyabrda Bakıda keçiriləcək ali şahmat qurumunun Konqresində müzakirə olunacaq. Hərçənd, təklif Şahmat Peşəkarları Assosiasiyasi tərəfindən dərhal etirazla qarşılanıb.

Qeyd edək ki, artıq əlbəyaxa döyüş növlərində belə üsuldan istifadə olunur. Xüsusən, peşəkar boksçuların kəmər uğrunda döyüş keçirmə hallarına rast gəlinir. 

Son xəbərlər

Orphus sistemi