Bakıda şahmat avtobusu fəaliyyətə başlayıb

Bakıda şahmat avtobusu fəaliyyətə başlayıb Avtobusda Bakı Şahmat Olimpiadası haqda məlumatlar əldə etməsi üçün bütün şərait yaradılıb
Fərdi
20 Avqust , 2016 14:24
Bakıda şahmat avtobusu fəaliyyətə başlayıb

Bakı. 20 avqust. REPORT.AZ/ Bakı Şahmat Olimpiadasına hazırlıqlar tam sürətlə davam edir. 

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, şahmatın təbliği istiqamətində mühüm tədbirlər həyata keçirilir. Belə addımlardan biri də paytaxt küçələrində şahmat avtobuslarının fəaliyyətə başlamasıdır. 

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi Mədəniyyət və Turizm Nazirliyinin balansında olan səyahət avtobuslarından ikisini brendləşdirərək şahmat avtobusu kimi şəhər sakinlərinin və qonaqların istifadəsinə verib. Sözügedən ikimərtəbəli nəqliyyat vasitəsi paytaxt küçələrində şəhərin ən görməli yerlərində pulsuz fəaliyyət göstərəcək və şahmatın təbliğini həyata keçirəcək. Turda iştirak edənlərin avtobusda şahmat oynaması və Bakı Şahmat Olimpiadası haqda məlumatlar əldə etməsi üçün bütün şərait yaradılıb.

Şahmat avtobusunun təqdimat mərasimində Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov, yığma komandanın aparıcı üzvləri, jurnalistlər və könüllülər iştirak ediblər. Avtobusa baxış keçirilib və millimizin üzvləri burada quraşdırılmış lövhələrdə şahmat oynayıblar.

Daha sonra şahmat avtobusu ilk turuna başlayıb.

Qeyd edək ki, şahmat avtobusları sentyabr ayının 14-nə qədər fəaliyyət göstərəcək.

İngilis versiyası FotoBaku launches chess bus

Son xəbərlər

Orphus sistemi