Bakıda məşhur pilotların iştirakı ilə ilk avtoqraf sessiyası baş tutub

Bakıda məşhur pilotların iştirakı ilə ilk avtoqraf sessiyası baş tutub Bakıda “Formula 1” üzrə 2019-cu il SOCAR Azərbaycan Qran-prisi çərçivəsində məşhur pilotların ilk avtoqraf sessiyası baş tutub.
Fərdi
26 Aprel , 2019 12:16
Bakıda məşhur pilotların iştirakı ilə ilk avtoqraf sessiyası baş tutub
Report

Bakıda “Formula 1” üzrə 2019-cu il SOCAR Azərbaycan Qran-prisi çərçivəsində məşhur pilotların ilk avtoqraf sessiyası baş tutub. 

"Report” xəbər verir ki, Bakı bulvarındakı Azarkeş Zonasında keçirilən tədbirə Maks Ferstappen, Pyer Qasli (hər ikisi “Red Bull”), Sebastyan Fettel, Şarl Lekler (hər ikisi “Ferrari”), Daniel Rikkardo və Niko Hülkenberq (hər ikisi “Renault”) qatılıb. Növbəti iki gün üçün avtoqraf sessiyalarının proqramı belədir:

27 aprel 

11:20 - 11:40.: Serxio Peres və Lens Stroll ("Racing Point") 

12:00 - 12:20. Kimi Raykkonen və Antonio Covinatsi ("Alfa Romeo") 

12:20 - 12:40. Lüis Hemilton və Valtteri Bottas ("Mercedes")

28 aprel

11:20 - 11:40. Corc Rassel və Robert Kubitsa ("Williams") 

11:40 - 12:00. Karlos Sayns və Landro Norris ("McLaren") 

12:00 - 12:20. Romen Qrojan və Kevin Maqnussen ("Haas") 

12:20 - 12:40. Daniil Kvyat və Aleksandr Albon ("Toro Rosso") 

Qeyd edək ki, SOCAR Azərbaycan Qran-prisi 26 – 28 apreldə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi