Yuxarı

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının loqo və brendi təqdim olunub

Loqonu azərbaycanlı dizaynerlər hazırlayıb

Bakı. 12 may. REPORT.AZ/ Bakıda 2017-ci ildə keçiriləcək İslam Həmrəyliyi Oyunlarının yeni loqosu və brendi müəyyənləşib. "Report"un məlumatına görə, təqdimat mərasimi bu gün "Hilton" otelindəki mərasimdə baş tutub. 

Azərbaycanlı dizaynerlər qrupu tərəfindən hazırlanmış loqo özündə İslam dövlətlərini tarixi, irsi və mədəniyyətini özündə birləşdirir. Brendin əsas mövzusuna gəldikdə, burada əksər müsəlman dövlətlərinə xas olan zəngin mədəni ənənənin tərkib hissəsi olaraq, xalçaçılığın müasir təsviri yer alıb. Brenddə islam dünyasının sənətkarlığını, mədəniyyətini və çoxəsrlik ənənələrini əks etdirən qalın rəng palitrasından istifadə olunub. Xalça kombinasiyasındakı elementlər Azərbaycan irsini simvolizə edir. Bu elementlər UNESCO-nun ümumdünya irs siyahısına daxil edilmiş Qobustan Milli Parkındakı qaya üzərində tarixi təsvirlərə ehtiram əlaməti olaraq, idman növləri ilə eleqant şəkildə birləşdirilib. 

Qeyd edək ki, dizayn biletlər, uniformalar üzərində əks etdiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi