Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı marketinq müqaviləsi bağlanılıb

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı marketinq müqaviləsi bağlanılıb Faysal Əl Nassar: "Bakı kimi güclü şəhərin böyük idman yarışları təşkilatçısı təcrübəsinə malik olmasından qürur duyuruq"
Fərdi
27 Aprel , 2016 10:39
Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı marketinq müqaviləsi bağlanılıb

Bakı. 27 aprel. REPORT.AZ/ 2017-ci ildə Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində qlobal marketinq üzrə müqavilənin imzalanma mərasimi keçirilib. "Report"un məlumatına görə, tədbirə İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faysal Əl Nassar, Dubayda yerləşən Events Lab and MMC Sportz-un rəsmiləri - Səid Əbdülqaffar Hüseyn, Nasser Tabbah, Samir Tabbah və Erik M.Qottşalk qatılıb.

Əl Nassar IV İslam Həmrəyliyi Oyunlarının gələn il Azərbaycan paytaxtında keçiriləcəyini təsdiqləməkdən və Bakı kimi güclü şəhərin böyük beynəlxalq idman yarışları təşkilatçısı təcrübəsinə malik olmasından qürur duyduqlarını bildirib: "Events Lab və MMC Sportz-la eksklüziv idman marketinq tərəfdaşı kimi müqavilənin bağlanılması göstərir ki, biz hədəflərimizə nail olmaq üçün tam fəal və peşəkarcasına çalışırıq".

"Desert Gate Tourism & Events Lab" Qrupunun baş direktoru Samir Tabbah İSSF-lə əməkdaşlığı çox önəmli saydıqlarını, MMC Sportz-la müştərək çalışmalarının müxtəlif müqavilələrin imzalanmasında zəngin təcrübə qazandıracağını vurğulayıb.

MMC Sports-un baş direktoru Erik M.Qottşalk isə deyib: "Biz 2017 illə bağlı kommersiya çərçivələri təqdim edəndə, bu, yüksək qəbul olunub, baxmayaraq ki, çoxlu büdcə vəsaiti tələb edirdi".

Qeyd edək ki, ilk İslam Həmrəyliyi Oyunları 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. II Oyunların 2009-cu ilin oktyabrında təşkili planlaşdırılsa da, əvvəlcə 2010-cu ilin aprelinə təxirə salınıb, sonra isə ümumiyyətlə, baş tutmayıb. Belədə III Oyunlar 2013-cü ildə İndoneziyada təşkil olunub. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci il 12 - 27 mayda Bakıda keçirilməsi barədə qərar 3 il öncə Səudiyyə Ərəbistanın Ciddə şəhərində verilib. Oyunlara 57 ölkənin 5000-dən çox idmançısının qatılacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi