Yuxarı

​Bakıda keçiriləcək "Formula 1" yarışı yollarının tikintisinə gələn il başlanılacaq

Trasın layihəsi Beynəlxalq Avtomobil Federasiyasına təqdim olunub

Bakı. 2 iyul. REPORT.AZ/ "German Tilken"in memarlıq bürosu gələn il Azərbaycanda "Avropa Qran Pri Bakı" (Formula 1, Grand Prix of Europe) adı altında keçiriləcək "Formula-1" yarışlarının şəhər trasının layihəsini təsdiqləyib. Bu barədə "Report"a yarışları keçirəcək "Baku Grand Prix" şirkətinin mətbuat xidmətindən məlumat verilib. 

Məlumata görə, təmir işləri bir neçə mərhələdən ibarət olacaq. Trasın layihəsi artıq tam hazır vəziyyətə gətirilərək təsdiqlənmək üçün Beynəlxalq Avtomobil Federasiyasına (FİA) təqdim olunub. Layihə təsdiq olunduqdan sonra tikinti işlərinə başlanılacaq. İşlərin əsas mərhələsi isə gələn ilə planlaşdırılıb.

Qeyd edək ki, Bakıda keçiriləcək yarış zamanı avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək Bakının ən qədim hissəsi olan və UNESCO Ümumdünya irsi siyahısına daxil edilən İçərişəhər tarixi-memarlıq qoruğunun ətrafında dövr edəcək. Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar şəhərin tam simasını görə biləcəklər. Uzunluğu 6 km olan trasda bir neçə ciddi hündürlük dəyişməsi, yoxuş və enişlər olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi