Yuxarı
    Bağlamaq

    ​Bakıda keçiriləcək "Formula 1" üzrə Bakı Qran Prisinin tarixi məlum olub

    Yarış iyulun 17-də paytaxtın mərkəzi küçələrində təşkil ediləcək

    Bakı. 30 aprel. REPORT.AZ/ 2016-cı ildə Bakıda keçiriləcək "Formula 1" üzrə Bakı Qran Prisinin ilkin tarixi müəyyənləşib.

    "Report"un "Autosport.com"a istinadən verdiyi məlumata görə, yarış iyulun 17-də paytaxtın mərkəzi küçələrində təşkil olunacaq.

    Ümumilikdə növbəti "Formula 1" mövsümü 21 mərhələdən ibarət olacaq. Mövsüm aprelin 3-də Avstraliya Qran Prisi ilə start götürəcək və noyabrın 27-də Abu Dabi Qran Prisi ilə yekunlaşacaq.

    Bildirilir ki, Britaniya və Avstriyadakı, habelə Almaniya və Macarıstandakı qran prilər bir həftəlik fərqlə keçirilsələr, Avropa Qran Prisi üçün məhz bu tarix daha məntiqli görünür.

    Amma yarışı idarə edən "Formula One Group" şirkətinin mətbuat xidmətindən gələn ilin təqviminin təsdiqlənmədiyi qeyd olunub.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi