Bakıda keçiriləcək "Formula-1" üzrə Avropa Qran Prisinin vaxtı dəyişdirilib

Bakıda keçiriləcək "Formula-1" üzrə Avropa Qran Prisinin vaxtı dəyişdirilib FİA bu addımı 24 saat Le Man rallisi ilə üst-üstə düşməməsi üçün atdığını bəyan edib
Fərdi
1 Oktyabr , 2015 09:51
Bakıda keçiriləcək Formula-1 üzrə Avropa Qran Prisinin vaxtı dəyişdirilib

Bakı. 1 oktyabr. REPORT.AZ/ Beynəlxalq Avtomobil İdmanı Federasiyası (FİA) 2016-cı ildə Bakıda keçiriləcək "Formula-1" üzrə Avropa Qran Prisinin vaxtını dəyişdirib. "Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, paytaxt küçələrində təşkil olunacaq yarış gələn ilin 19 iyununa təyin olunub.

Halbuki, ilkin siyahıda bu Qran Prinin iyulun 17-də baş tutacağı bildirilirdi. FİA bu addımı 24 saat Le Man rallisi ilə üst-üstə düşməməsi üçün atdığını bəyan edib.

Qeyd edək ki, "Formula-1"də 2016-cı il mövsümünün startı martın 20-də Melburn Qran Prisi ilə veriləcək. Bakıdakı yarışadək Bəhreyn (3 aprel), Şanxay (17 aprel), Soçi (1 may), Barselona (15 may), Monte-Karlo (29 may) və Monreal (12 iyun) Qran Priləri də keçiriləcək. Qalibin adı mövsüm ərzində keçiriləcək 21 Qran Prinin yekununda məlum olacaq. 

Son xəbərlər

Orphus sistemi