Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunun məkanı və mükafat fondu müəyyənləşib

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunun məkanı və mükafat fondu müəyyənləşib Yarışda Ermənistan şahmatçıları da iştirak edə bilər
Fərdi
15 İyul , 2015 18:38
Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunun məkanı və mükafat fondu müəyyənləşib

Bakı. 15 iyul. REPORT.AZ/ Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunun məkanı və mükafat fondu müəyyənləşib. "Report"un məlumatına görə, sentyabrın 10-da start götürəcək nüfuzlu yarış "Fairmont" oteldə təşkil ediləcək.

26 gün davam edəcək yarışın 1,6 milyon dollar mükafat fondu olacaq. Bu məbləğin 120 min avrosu qalibə, 80 min avrosu finalçıya çatacaq. İlk 6 mərhələdə məğlub olanlar isə müvafiq olaraq hərəyə 6 min, 10 min, 16 min, 25 min, 35 min və 50 min dollar qazanacaq.

Artıq iştirakçıların ilkin siyahısı da açıqlanıb. Siyahıya əsasən, Azərbaycanı FİDE (Beynəlxalq Şahmat Federasiyası) reytinqinin ilk 20-liyində olan Şəhriyar Məmmədyarov, FİDE prezidentinin namizədi kimi Qədir Hüseynov, eləcə də Yerli Təşkilat Komitəsinin (YTK) namizədləri Rauf Məmmədov, Eltac Səfərli və Vasif Durarbəyli təmsil edəcək. Teymur Rəcəbov isə ya yeni açıqlanacaq reytinq siyahısında ilk 20-likdə olan şahmatçı kimi, ya da YTK namizədi kimi Dünya Kubokuna qatılacaq.

Dünya Kuboku iştirakçılarının ilkin siyahısında Ermənistan təmsilçiləri də yer alıb. Bunlar Levon Aronyan, Qrant Melkumyan, Qabriel Sargissyan, Samvel Ter-Sahakyandır.

Qeyd edək ki, Dünya Kubokunda ilk 2 yeri tutanlar İddiaçılar Turnirinə vəsiqə qazanacaqlar.

Son xəbərlər

Orphus sistemi