Bakıda keçiriləcək Dünya Kuboku ilə əlaqədar tərəfdaş şirkətlərlə müqavilələr imzalanıb

Bakıda keçiriləcək Dünya Kuboku ilə əlaqədar tərəfdaş şirkətlərlə müqavilələr imzalanıb Mahir Məmmədov Azərbaycanın zəngin şahmat ənənələrinə malik ölkə olduğunu bildirib
Fərdi
5 Sentyabr , 2015 12:50
Bakıda keçiriləcək Dünya Kuboku ilə əlaqədar tərəfdaş şirkətlərlə müqavilələr imzalanıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bakıda sentyabrın 10-da start götürəcək şahmat üzrə Dünya Kuboku ilə əlaqədar tərəfdaş şirkətlərlə müqavilənin imzalanma mərasimi keçirilib. "Report" xəbər verir ki, tədbirdə "Dünya Kuboku-2015" və "Bakı Şahmat Olimpiadası - 2016"nın Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov Azərbaycanın zəngin şahmat ənənələrinə malik ölkə olduğunu bildirib.

O, 2008-ci ildə Şahmatın İnkişafına dair Dövlət Proqramının imzalandığını xatırladaraq, bu növ üzrə dünyada yeganə proqramı olan ölkə kimi seçildiyini bildirib. O, kişi şahmatçıların nailiyyətlərindən danışaraq, milli komandanın 2 dəfə Avropa çempionu, "SOCAR Azerbaijan" klubunun isə iki dəfə Avropa çempionlar Kubokunun sahibi olduğunu vurğulayıb.

Dünya Kubokundan danışan M.Məmmədov bildirib ki, 45 ölkədən 128 şahmatçının qatılacağı yarışın finalçıları İddiaçılar Turnirinə vəsiqə qazanacaqlar. O, hər bir iştirakçının pul mükafatına sahib olacağını və bütün vəsaiti Azərbaycan tərəfinin təmin edəcəyini açıqlayıb.

Ardından tərəfdaş şirkətlərlə müqavilələr imzalanıb.

Son xəbərlər

Orphus sistemi