Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün gerisayım başlayıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün gerisayım başlayıb 133 ölkədən 827 cüdoçu sifariş olunub
Fərdi
1427
4 Sentyabr , 2018 16:07
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün gerisayım başlayıb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Sentyabrın 20-də Bakıda start götürəcək cüdo üzrə dünya çempionatı üçün gerisayım başlayıb.

"Report" Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytına istinadən xəbər verir ki, artıq 133 ölkə iştirakını təsdiqləyib.

Bu, son 11 ildə keçirilmiş mundiallar arasında ən yüksək göstəricidir. Rekord isə 2007-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərindəki dünya çempionatında qeydə alınıb - 138 ölkə. Digər tərəfdən, Bakıdakı çempionata son 7 ildə ən çox - 827 cüdoçu sifariş olunub.

Azərbaycanın paytaxtında ilk dəfə təşkil olunacaq mundialda 5 qitədən olan cüdoçuların qatılması bu idman növünün qlobal ölçüsünün göstəricisidir. Hazırda Azərbaycan Cüdo Federasiyası (ACF) və IJF yarışa hazırlıq üçün bütün səylərini ortaya qoyub.

Təqvimə əsasən, fərdi yarışlar hər gün saat 10:00-da, medal görüşləri saat 16:00-da başlayacaq. Qarışıq komanda görüşləri isə 27 sentyabr saat 9:00-a təyin olunub. Əvvəlki illərlə müqayisədə, Bakıdakı dünya çempionatı 7 deyil, 8 günü əhatə edəcək:

I gün – 20 sentyabr, cümə axşamı: Kişilər – 60 kq / Qadınlar – 48 kq; II gün – 21 sentyabr, cümə: Kişilər – 66 kq / Qadınlar – 52 kq; III gün – 22 sentyabr, şənbə: Kişilər – 73 kq / Qadınlar 57 kq; IV gün – 23 sentyabr, bazar: Kişilər – 81 kq / Qadınlar – 63 kq; V gün – 24 sentyabr, bazar ertəsi: Kişilər – 90 kq / Qadınlar – 70 kq; VI gün – 25 sentyabr, çərşənbə axşamı – Kişilər 100 kq / Qadınlar 78 kq; VII gün – 26 sentyabr, çərşənbə – Kişilər +100 kq / Qadınlar +78 kq; VIII gün – 27 sentyabr: Qarışıq komanda yarışları

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı Milli Gimnastika Arenasında təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi