Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı 190-dan çox ölkəyə yayımlanacaq

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı 190-dan çox ölkəyə yayımlanacaq 86 ölkə birbaşa öz telekanalları vasitəsilə çempionatı ekranlara gətirəcək
Fərdi
19 Sentyabr , 2018 11:34
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı 190-dan çox ölkəyə yayımlanacaq
0 : 00
0 : 00

Bakı. 19 sentyabr. REPORT.AZ/ Beynəlxalq Cüdo Federasiyası (IJF) Bakıdakı dünya çempionatını yayımlayacaq telekanalların adlarını açıqlayıb.

"Report" xəbər verir ki, yayımçılar arasında CNN, Euronews, BBC kimi nəhəng telekanallar da var. Bu il auditoriyanın rekord əhatə dairəsi olacaq. Çempionatı 190-dan çox ölkədə izləmək mümkün olacaq.

86 ölkə isə birbaşa öz telekanalları vasitəsilə çempionatı ekranlara gətirəcək. Azərbaycan ərazisində nüfuzlu yarış AZTV (İdman Azərbaycan) və CBC Sport telekanalları vasitəsilə yayımlanacaq.

Qeyd edək ki, dünya çempionatı 20 - 27 sentyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi