Bakıda IV İslam Həmrəyliyi Oyunları ilə bağlı konfrans keçirilib

Bakıda IV İslam Həmrəyliyi Oyunları ilə bağlı konfrans keçirilib "Oyunlarda 50 İslam ölkəsi iştirak edəcək"
Fərdi
8 Dekabr , 2016 14:21
Bakıda IV İslam Həmrəyliyi Oyunları ilə bağlı konfrans keçirilib

Bakı. 8 dekabr. REPORT.AZ/ Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar "Boulevard Hotel"də mətbuat konfransı təşkil olunub. 

"Report"un məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov əsas işlərin bu gündən başladığını, öz axarı və qaydasında davam etdiyini bildirib. Nazir 50 ölkədən 71 nümayəndənin hazırda Azərbaycan paytaxtında son vəziyyətlə tanışlıq məqsədilə olduğunu bildirib. A.Rəhimov gələn il mayın 12-22-də keçiriləcək Həmrəylik Oyunlarında bütün İslam ölkələrinin iştirakını çox istədiklərini deyib.

Nazir müxtəlif ölkələrdən gəlmiş nümayəndələrin Bakıda ayrı-ayrı mövzularda - idmançıların qarşılanması və yerləşdirilməsi, çarter reyslərinin təşkili, antidopinq məsələri üzrə müzakirələr apardıqlarını da əlavə edib.

İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faysal Abdulaziz Əl-Nassar hazırlığın gedişi barədə məlumat verib və hər şeyin qaydasında olduğunu vurğulayıb: "Bu oyunlarda 50 İslam ölkəsi iştirak edəcək. Ümid edirəm ki, 57 ölkənin nümayəndələri bura gələcək. Hamıya uğurlar arzulayıram. Ancaq hətta 50 ölkə bu yarışa qatılsa da, İslam Həmrəyliyi Oyunları tarixində rekord göstərici olacaq. Atletlər kəndini çox bəyəndim. Bu yarışın çox böyük uğurla təşkil olunacağını düşünürəm. Sabah oyunlarda istifadə olunacaq bütün idman arenalarına baxış keçiriləcək. Şəraitlə yerindəcə tanış olacağıq. Ümid edirəm ki, Bakı gələcəkdə Olimpiya Oyunlarını da qəbul edəcək. Çünki Azərbaycanda bunun üçün münbit şərait var".

Son xəbərlər

Orphus sistemi