​Bakıda GP2 seriyasının sərbəst yürüşləri keçirilib

​Bakıda GP2 seriyasının sərbəst yürüşləri keçirilib 12 komandadan 24 pilot öz bolidləri ilə trasa çıxıb
Fərdi
17 İyun , 2016 12:34
​Bakıda GP2 seriyasının sərbəst yürüşləri keçirilib

Bakı. 17 iyun. REPORT.AZ/ Bu gün Formula 1 üzrə Avropa Qran Prisinə start verilib. "Report"un məlumatına görə, əvvəlcə GP2 seriyasının 12-ci mövsümünün Bakı mərhələsinin sərbəst yürüşləri baş tutub.

İlk yürüşdə pilotlara 45 dəqiqə verilib. Sərbəst yarışda ümumilikdə 12 komandadan 24 pilot öz bolidləri ilə trasa çıxıb. Eyni bolidlərə sahib pilotlar saat 15:00-da sabah keçiriləcək 1-ci mərhələ yarışının sıralarını müəyyən edəcəklər. 

GP2 iki yarışdan ibarətdir. İlk yarışda sürücülər 25, 18, 15, 12, 10, 8, 6, 4, 2 və 1 xal qazanırlar. İkinci yarışda isə 8 pilota 15, 12, 10, 8, 6, 4, 2 və 1 xal verilir. Üstəlik, poul vəziyyəti qazanan pilot əlavə olaraq 4 xal, hər iki yarışda sürətli dövrə vuran pilotlar isə 2 xal qazanırlar. 

Qeyd edək ki, GP2 seriyası Formula 1-ə dəstək olaraq keçirilir.

Son xəbərlər

Orphus sistemi