Bakıda GP2 seriyası üzrə birinci yarışın qalibləri mükafatlandırılıb

Bakıda GP2 seriyası üzrə birinci yarışın qalibləri mükafatlandırılıb Mükafatı güləş üzrə olimpiya çempionu təqdim edib
Fərdi
18 İyun , 2016 13:31
Bakıda GP2 seriyası üzrə birinci yarışın qalibləri mükafatlandırılıb

Bakı. 18 iyun. REPORT.AZ/ Bakıda GP2 seriyası üzrə birinci yarışa yekun vurulub. "Report"un məlumatına görə, 29 dövrəni ən tez başa vuran "Prema Racing"in pilotu Antonio Covinatso kuboka sahib çıxıb.

Mükafatlandırma mərasimində Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Namiq Abdullayev və gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iştirak edib.

Ümumi ardıcıllıq isə belədir:
1. Antonio Covinatsi - "Prema Racing"
2. Sergey Sirotkin - ART
3. Rafael Marçello - "Russian Time"
4. Olivye Rulend - "MP Motorsport"
5. Mitç Evans - "Pertamina Campos Racing"

Qeyd edək ki, yarış zamanı 6 pilotun iştirakı ilə qəza baş verib. Nəticədə onlar yarışdan kənarlaşdırılıb. 

Son xəbərlər

Orphus sistemi