​Bakıda Formula-1 üzrə Avropa Qran Prisi start götürür

​Bakıda Formula-1 üzrə Avropa Qran Prisi start götürür İlk gündə test yürüşləri keçiriləcək
Fərdi
17 İyun , 2016 08:00
​Bakıda Formula-1 üzrə Avropa Qran Prisi start götürür

Bakı. 17 iyun. REPORT.AZ/ Bu gün Bakıda ilk dəfə Formula-1 üzrə Avropa Qran Prisinə start veriləcək.

"Report"un məlumatına görə, paytaxtın mərkəzi küçələrində təşkil olunacaq Qran Pridə avtomobillər Hökumət evinin qarşısından Qız Qalası, İçəri Şəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar.

Yürüşün keçiriləcəyi Bakı Şəhər Halqasının uzunluğu 6006 metrdir. Yarışa 11 komandadan 22 sürücü qatılacaq.

Yarış həvəskarları ilk gündə Bakıya gələn pilotların sərbəst yürüşlərinə şahidlik edəcəklər. Birinci test yürüşü 13:00-da start götürəcək və 1.5 saat davam edəcək. Pilotlar ikinci dəfə saat 17:00-da start xəttinə yaxınlaşacaqlar. İlk sınaq yürüşündə olduğu kimi bu dəfə də müddət 1.5 saat nəzərdə tutulub.

Bundan əlavə avtomobilsevərlər GP2-nin sərbəst yürüşlərini də izləyə biləcəklər. Birinci sınaq yürüşü saat 11:00-da başlayacaq və 45 dəqiqə davam edəcək. GP2-nin sıralama yürüşü isə 15:00-da başlayacaq.

Yarışı canlı izləyəcək tamaşaçılar saat 20:00-dan etibarən məşhur müğənni Kris Brounun ifalarını canlı dinləyə biləcəklər.

Qeyd edək ki, Formula 1 üzrə Avropa Qran Prisi iyunun 19-dək davam edəcək. İyunun 18-də pilotlar sıraları müəyyən edəcək yürüşə çıxacaqlar.

Son xəbərlər

Orphus sistemi