Bakıda "Formula 1" trasının tikintisinə başlanılacağı tarix açıqlanıb

Bakıda "Formula 1" trasının tikintisinə başlanılacağı tarix açıqlanıb German Tilke: "Avtomobillər hələ XXII əsrdə tikilmiş divarların yanından keçəcəklər"
Fərdi
4 May , 2015 10:37
Bakıda Formula 1 trasının tikintisinə başlanılacağı tarix açıqlanıb

Bakı. 4 may. REPORT.AZ/ 2016-cı ildə ilk dəfə Bakıda keçiriləcək "Formula 1" üzrə Avropa Qran Prisi üçün trasın tikintisinə avqustda başlanılacaq. "Report"un məlumatına görə, bu barədə yarış traslarının arxitektoru German Tilke "AutoHebdo"ya açıqlama verib.

O bildirib ki, hazırda çertyojlar üzərində hərtərəfli iş aparılır, planlaşdırılan bütün bəndlərin razılığı alınıb və layihə final mərhələsindədir. G.Tilke gələcək trasın bəzi detallarını açıqlamaqdan imtina etməyib: "İçəri Şəhərə çıxış nəfəsləri kəsir. Avtomobillər hələ XXII əsrdə tikilmiş divarların yanından keçəcəklər. Bu, köhnə evin təmirinə bənzəyir. Biz gözlər önündə nələrin peyda olacağını bilmədən qapıları açırıq".

Almaniyalı arxitektorun sözlərinə görə, vaxt qrafikləri çox sıxdır. Çünki gələn ilin yazınadək hazır olmaq, istənilən öncədən bilinməyən anları nəzərdən keçirmək lazımdır: "Qran Pri mövsümün sonuna nəzərdə tutulub. Bu isə bizə ehtiyatda bir neçə ay saxlamaq imkanı verir. Amma biz hesabımızı məhz həmin tarixə götürməməliyik".

Qeyd edək ki, daha öncə "autosport.com" saytı layihənin təqvim layihəsində Avropa Qran Prisinin iyulun 17-də nəzərdə tutulduğunu yazıb.

Son xəbərlər

Orphus sistemi