Bakıda FIDE-nin Prezident Şurasının iclası başlayacaq

Bakıda FIDE-nin Prezident Şurasının iclası başlayacaq Sabah Bakıda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Prezident Şurasının iclası başlayacaq.
Fərdi
27 İyun , 2019 10:19
Bakıda FIDE-nin Prezident Şurasının iclası başlayacaq

Sabah Bakıda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Prezident Şurasının iclası başlayacaq. 

Azərbaycan Şahmat Federasiyasının Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, FİDE prezidenti Arkadiy Dvorkoviç Prezident Şurasında iştirak etmək üçün bu gün Bakıya gələcək. İki gün davam edəcək iclasın gündəliyində bir sıra vacib məsələlər müzakirə ediləcək. Toplantıya FIDE-nin və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov da qatılacaq

Prezident Şurasında həmçinin federasiyaların üzvlük haqqlarının azaldılması məsələsinə baxılacaq. FİDE Prezident Şurasının sonunda yekun qərarlar barədə mətbuata məlumat veriləcək.

Qeyd edək ki, FİDE Prezident Şurasının iclası Bakının "Hilton" otelində keçiriləcək. İclas iyunun 28-i səhər saat 9:00-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi