İlk xəbər 15:38-də verilib
Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycan şahmatçıları "Dünya Kuboku-2015"ə 3 qələbə və 3 heç-heçə ilə bağlayıblar. "Report"un məlumatına görə, Şəhriyar Məmmədyarov, Qədir Hüseynov və Rauf Məmmədov qələbə, Teymur Rəcəbov, Eltac Səfərli və Vasif Durarbəyli isə görüşlərdən heç-heçə ilə ayrılıb. Onların eyni rəqiblərlə 1/64 final mərhələsindəki cavab görüşləri sentyabrın 12-də saat 15:00-da başlanacaq.
*** 19:01
Bakıda şahmat üzrə "Dünya Kuboku-2015"ə start verilib. "Report"un məlumatına görə, Azərbaycanın 6 zəka sahibi mübarizəyə başlayıb.
Azərbaycan şahmatçılarının ilkin mərhələdəki görüşləri və mərhələ keçəcəkləri təqdirdə, 1/16 finalda qarşılaşacaqları cütlər bunlardır:
Teymur Rəcəbov - Samuel Sevyan (ABŞ) - 1/2:1/2
Romen Eduard (Fransa) - İlya Smirin (İsrail) - 0:1
David Navara (Çexiya) - Tamir Nabati (İsrail) - 1/2:1/2
Qədir Hüseynov - Maksim Matlakov (Rusiya) - 1:0
Fabiano Karuano (ABŞ) - Amir Zaibi (Tunir) - 1:0
Rauf Məmmədov - Yevgeni Nayer (Rusiya) - 1:0
Şəhriyar Məmmədyarov - Puya İdani (İran) - 1:0
Rafael Duaylibe Leytao (Braziliya) - Yifan Hou (Çin) - 1/2:1/2
Uesli So (ABŞ) - Parham Maqsudlu (İran) - 1:0
Eltac Səfərli - Çaba Baloq (Macarıstan) - 1/2:1/2
Samvel Ter-Sahakyan (Ermənistan) - Nikita Vityuqov (Rusiya) - 1/2:1/2
Le Quanq Liem (Vyetnam) - Vasif Durarbəyli - 1/2:1/2























