Bakıda ümummilli lider
"Report" xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında baş tutan tədbirdə Gənclər və İdman naziri
"Azərbaycanda idmanın inkişafı dünya ictimaiyyətinə bəllidir. Ölkəmizdə müxtəlif idman tədbirləri keçirilməkdədir. Buna misal olaraq I Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunları, "Formula 1" yarışlarını misal göstərmək olar. Ötən ilin sentyabrında Bakıda cüdo üzrə dünya çempionatı baş tutub" deyən nazir bildirib ki, "Tokio 2020" Yay Olimpiya Oyunlarına lisenziya xalı verən Böyük Dəbilqə də bu qəbildəndir .
Beynəlxalq Cüdo Federasiyasının idman direktoru Vladimir Barta möhtşəm qonaqpərvərlik və təşkilatçılığa görə Azərbaycan Cüdo Federasiyasına təşəkkür edib.
Azərbaycan Cüdo Federasiyasının prezidenti
Daha sonra Dövlət Himni və Beynəlxalq Cüdo Federasiyasının himni səsləndirilib.
Ardınca ulu öndər Heydər Əliyevin idmana dair fikirlərinin, eləcə də Azərbaycanda təşkil olunan mötəbər yarışların görüntülərinin yer aldığı videoçarx nümayiş etdirilib. Mərasim bədii hissə ilə davam edib.
Qeyd edək ki, üç gün davam edəcək Böyük Dəbilqə turnirində dünyanın 57 ölkəsindən 449 cüdoçu mübarizə aparacaq. Yarışda Azərbaycanı 28 kişi və 15 qadın idmançı təmsil edir.