Yuxarı
    Bağlamaq

    Bakıda böyüklər arasında taekvondo üzrə respublika çempionatı keçiriləcək

    Turnirin keçirilməsinə bilavasitə federasiyanın hakimlər və təşkilat komitələri rəhbərlik edəcək

    Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycan Taekvondo Federasiyasının (ATF) təşkilatçılığı ilə böyüklər arasında respublika çempionatı keçiriləcək.

    Federasiyanın Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcəyi çempionat dekabrın 25-27-də Bakıda “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkili olunacaq.

    Yarışlara paytaxt və bölgələrdə fəaliyyət göstərən komandalar, səkkiz çəki dərəcəsində taekvondoçu kişilər və qadınlar qatılacaq. Fəxri yerləri tutan idmançılar və komandalar ATF tərəfindən diplom və medallarla təltif olunacaq.

    Çempionat Azərbaycanda taekvondonun təbliği və inkişaf etdirilməsi, respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin işinin təkmilləşdirilməsi, böyüklər arasında kişilər və qadınlar üzrə yığma komandanın tərkibinin müəyyənləşdirilməsi, ATF mütəxəssislərinin və hakimlərinin peşəkarlığının, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması məqsədi daşıyır.

    Turnirin keçirilməsinə bilavasitə federasiyanın hakimlər və təşkilat komitələri rəhbərlik edəcək.

    “Daeodo” international taekvondo sistemi ilə keçiriləcək və “video təkrar” sistemi tətbiq olunacaq çempionatda ATF-yə üzv idman bölmələrində məşğul olan və müvafiq hazırlığa malik idmançılar mübarizə aparacaqlar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi