Bakı. 30 aprel. REPORT.AZ/ Kosovonun Şahmat Federasiyası müvəqqəti əsasda Beynəlxalq Şahmat Federasiyasının (FİDE) tərkibinə daxil edilib.
"Report" təşkilatın rəsmi saytına istinadən xəbər verir ki, belə bir qərar FİDE-nin Prezident bürosunun Çinin Çendu şəhərində keçirilən iclasında qəbul olunub.
Quruma, həmçinin Eritreya, Liberiya və Naurunun şahmat federasiyaları da müvəqqəti olaraq daxil edilib.
Məlumata görə, sözügedən federasiyaların tam hüquqlu üzvlüyü haqqında qərar 2016-cı ildə Bakıda FİDE-nin Baş Assambleyasında qəbul olunacaq.