Azərbaycanın bədii gimnastları Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayıblar - YENİLƏNİB

Azərbaycanın bədii gimnastları Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayıblar - YENİLƏNİB Azərbaycanın bədii gimnastları Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayıblar.
Fərdi
16 Sentyabr , 2019 15:08
Azərbaycanın bədii gimnastları Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayıblar - YENİLƏNİB

Azərbaycanın bədii gimnastları Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayıblar.

“Report” xəbər verir ki, çoxnövçülük üzrə təsnifat mərhələsində A qrupunda yer alan Zöhrə Ağamirova halqa ilə hərəkətlərdə 19,000 xalla 13-cü sıradadır. Veronika Qudis isə 16,950 xalla 34-35-ci pilləni bölüşür.

Hər iki idmançı sabah topla hərəkətlərdə bacarıqlarını nümayiş etdirəcəklər.


12:00***

Bakıda bədii gimnastika üzrə dünya çempionatı başlayıb.

“Report” xəbər verir ki, mundialın birinci günündə gimnastlar fərdi proqramda halqa və topla təsnifat mərhələsində güclərini sınayacaqlar. Azərbaycanın A qrupunda yer alan təmsilçiləri - Zöhrə Ağamirova və Veronika Qudis halqa ilə hərəkətlərdə yarışacaqlar.

Sentyabrın 22-dək davam edəcək yarışda 61 ölkədən 300-dən çox idmançı mübarizə aparacaq. Sayca, 37-ci mundial Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Sabah halqa və topla təsnifat, həmçinin final yarışları keçiriləcək. Sentyabrın 18-19-da gürzlər və lentlə təsnifat yarışları təşkil olunacaq. Eləcə də gürzlər, lentlə və komanda hesabında qaliblər müəyyənləşəcək. Çempionatın beşinci günündə - sentyabrın 20-də çoxnövçülük üzrə final yarışları baş tutacaq. Habelə “Prize of Elegance” mükafatının qalibi müəyyənləşəcək. Sentyabrın 21-də qrup hərəkətləri komandaları mübarizəyə qoşulacaqlar. Gimnastlar 5 top, 3 halqa və 2 cüt gürzlə yarışacaqlar. Günün sonunda çoxnövçülük üzrə qaliblər mükafatlandırılacaq. Ayın 22-də çempionata 5 top, 3 halqa və 2 cüt gürzlə final yarışları ilə yekun vurulacaq.

Çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb. Gimnastlar ümumilikdə doqquz dəst medal uğrunda mübarizə aparacaqlar.

Milli Gimnastika Arenasında keçirilən dünya çempionatında Azərbaycanı 9 gimnast təmsil edəcək. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

16 sentyabr

12:00 - 13:20. A qrupu, təsnifat mərhələsi. Halqa və top (növbə ilə)

13:35 - 15:00. B qrupu, təsnifat mərhələsi. Halqa və top

16:00 - 17:20. C qrup, təsnifat mərhələsi. Halqa və top

17:35 - 18:50. D qrupu, təsnifat mərhələsi. Halqa və top

19:15 - 20:00. Açılış mərasimi

Orphus sistemi