Bakıda Avropa çempionu olan idmançı zədənin qurbanı oldu

Bakıda Avropa çempionu olan idmançı zədənin qurbanı oldu Bədii gimnastika üzrə 4 qat dünya və 3 qat Avropa çempionu Aleksandra Soldatova karyerasını bitirib.
Fərdi
26 Yanvar , 2021 13:30
Bakıda Avropa çempionu olan idmançı zədənin qurbanı oldu
Aleksandra Soldatova

Bədii gimnastika üzrə 4 qat dünya və 3 qat Avropa çempionu Aleksandra Soldatova karyerasını bitirib.

"Report"un məlumatına görə, 23 yaşlı idmançı "Sport-Express"ə açıqlamasında zədə səbəbindən bu addımı atdığını bildirib.

Gimnast deyib ki, ya məşqə davam etməli, ya da sağlam qalmağa qərar verməli olub: "İyunun 1-də - doğum günümdə qayıtmağa can atırdım. Bədənim mənə "yox" cavabı verdi. Ayaqlarımda problemlər var. Barmaqlarımın üzərində uzun müddət dayana bilmirəm".

Qeyd edək ki, Aleksandra Soldatova 2019-cu ildə Bakıdakı Avropa çempionatında da qızıl medal qazanıb.

Son xəbərlər

Orphus sistemi