Bakı Şəhər Halqası "Yaşıl strategiya"ya keçib

Bakı Şəhər Halqası "Yaşıl strategiya"ya keçib Formula 1 üzrə dünya çempionatının Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Yaşıl strategiyaya keçib.
Fərdi
3 Dekabr , 2019 15:31
Bakı Şəhər Halqası Yaşıl strategiyaya keçib

"Formula 1" üzrə dünya çempionatının Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti "Yaşıl strategiya"ya keçib.

"Report" xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib.

Onun sözlərinə görə, məqsəd ekologiyaya töhfə verməkdir: "Bu işə öz ofisimizdən başladıq. Burada tullantıları çeşidləyərək Bakı Autizm Mərkəzinə təhvil verəcəyik. Tullantılardan gələn vəsait autizmdən əziyyət çəkən şəxslərin reabilitasiyasına yönəldiləcək".

Qeyd edək ki, 2020-ci il Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi