Bakı Şəhər Halqası Mayaminin Azərbaycan Qran-prisini əvəzləyəcəyinə dair iddialara münasibət bildirib

Bakı Şəhər Halqası Mayaminin Azərbaycan Qran-prisini əvəzləyəcəyinə dair iddialara münasibət bildirib "Mövcud müqaviləni nə biz pozmaq istəyirik, nə də "Formula-1"in yeni sahibi"
Fərdi
104
11 May , 2018 10:49
Bakı Şəhər Halqası Mayaminin Azərbaycan Qran-prisini əvəzləyəcəyinə dair iddialara münasibət bildirib
Report
0 : 00
0 : 00

Bakı. 11 may. REPORT.AZ/ "ABŞ-ın Mayami şəhərinin "Formula-1" təqvimində Azərbaycan Qran-prisini əvəzləyəcəyinə dair məlumatların heç bir əsası yoxdur və bu variant mümkün deyil".

Bunu "Report"a açıqlamasında Bakı Şəhər Halqasının (BŞH) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib. O bildirib ki, BŞH-nin "Formula-1" rəhbərliyi ilə 2020-ci ilədək müqaviləsi var. Hazırda bu sözləşmənin daha 5 il müddətinə uzadılması istiqamətində danışıqlar gedir: "Mövcud müqaviləni nə biz pozmaq istəyirik, nə də "Formula-1"in yeni sahibi "Lyberty Media". Əksinə, bu qurumun icraçı direktoru Çeyz Keri fevralda Bakıya gələrək, "Formula-1"lə anlaşmamızı davam etdirmək istiqamətində müzakirələr aparmışdı".

Azərbaycan Qran-prisinin gələn il "Formula-1" təqvimindən çıxarılacağına dair narahatlığa ehtiyac olmadığını vurğulayan BŞH rəsmisi bunun növbəti mövsümün təqvimdə əksini tapacağını əlavə edib: "Mayamidəki Qran-pri də şəhər tipli trasda keçiriləcək. Ola bilsin, bu səbəbdən, Mayaminin gələn il Bakını əvəzləyəcəyinə dair iddialar ortaya atılıb. Lakin hazırda Danimarka da Kopenhagen küçələrində Qran Pri keçirməkdə maraqlıdır və hətta bu məqsədlə Bakının təcrübəsini öyrənməyə gəlmişdilər. Bu baxımdan, Qran-pri keçirmək istəyən hər bir şəhərin "Formula-1" rəhbərliyi ilə müqaviləsi olmalıdır. O cümlədən, bizim də qüvvədə olan anlaşmamız mövcuddur".

Qeyd edək ki, Mayami şəhər rəhbərliyi 2019-cu ildən "Formula-1" üzrə Qran-prinin təşkilinə razılıq verib. Lakin Beynəlxalq Avtomobil İdmanı Federasiyası ilə müzakirələrdən sonra yarışın keçirilməsi gerçəkləşə bilər. 

Son xəbərlər

Orphus sistemi