Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin yeni qurulan akademiyasının açılış mərasimi keçirilib

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin yeni qurulan akademiyasının açılış mərasimi keçirilib Tədbirə gənclər və idman naziri Azad Rəhimovla təhsil naziri Mikayıl Cabbarov da qatılıb
Fərdi
2 Fevral , 2017 15:32
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin yeni qurulan akademiyasının açılış mərasimi keçirilib

Bakı. 2 fevral. REPORT.AZ/ Bu gün Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) mərkəzi ofisində könüllülük fəaliyyətinə dair yeni qurulan akademiyanın açılış mərasimi keçirilib.

"Report"un məlumatına görə, tədbirə gənclər və idman naziri Azad Rəhimov və təhsil naziri Mikayıl Cabbarov qatılıblar.

Eyni zamanda "Formula-1" üzrə Azərbaycan Qran-prisinin rəsmi elçisi Tünzalə Ağayeva və yarışın könüllülər proqramı üzrə rəsmi elçisi Miri Yusif də mərasimdə iştirak edib.

Qeyd edək ki, bu il iyunun 23 - 25-də keçiriləcək Azərbaycan Qran-prisində 3 min könüllünün iştirakı nəzərdə tutulub. Könüllülər proqramına müraciətlərin qəbulu prosesi fevralın sonunda başa çatacaq.

Son xəbərlər

Orphus sistemi