​Bakı Şəhər Halqası biletlərin qiymətlərinin bahalaşmasına aydınlıq gətirib

​Bakı Şəhər Halqası biletlərin qiymətlərinin bahalaşmasına aydınlıq gətirib Ölkə xaricindən həmin sayta daxil olanlara isə biletlər tam qiymətdə göstərilir
Fərdi
15 Fevral , 2016 16:54
​Bakı Şəhər Halqası biletlərin qiymətlərinin bahalaşmasına aydınlıq gətirib

Bakı. 15 fevral. REPORT.AZ/ Bakıda ilk dəfə keçiriləcək 2016 Formula 1 Avropa Qran-Prisinə biletlərin qiymətləri dollar əsasında təyin olunub və indiyədək həmin qiymətlərdə hər hansı bir dəyişiklik olmayıb. Bu barədə "Report"a Bakı Şəhər Halqasından bildirilib. Bilet satışının olduğu sayta (https://tickets.bakucitycircuit.com) Azərbaycan ərazisindən daxil olan istifadəçilərin birbaşa, ancaq imtiyazlı qiymətlərə çıxışı olur. Ölkə xaricindən həmin sayta daxil olanlara isə biletlər tam qiymətdə göstərilir.

Qeyd edək ki, Azərbaycan Respublikası vətəndaşları üçün bilet qiymətlərində xüsusi endirimlər (20-40%) tətbiq edilib və biletlərin qiyməti 19-472 dollar (indiki məzənnə ilə 30 manatdan 750 manata qədər) aralığındadır. 19 dollarlıq bilet yarış məkanına birgünlük, digər bütün biletlər isə üçgünlük giriş icazəsi verir. Üçgünlük biletə sahib olanlar eyni zamanda həftəsonu ərəfəsində keçiriləcək konsert proqramlarında da iştirak edə biləcəklər.

Son xəbərlər

Orphus sistemi