Yuxarı

​Bakı Şahmat Olimpiadasının ilk ulduz səfirləri məlum olub

Səfirlər Bu şəhərdə teatrının üzvləridir

Bakı. 17 may. REPORT.AZ/ Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi 42-ci Ümumdünya Şahmat Olimpiadasının ilk ulduz səfirlərinin adlarını açıqlayıb.

Əməliyyat Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, "Bu şəhərdə" teatrının baş prodüseri və rəhbəri Müşviq Abbasov, aktyorları Coşqun Rəhimov və Rafael İsgəndərov sentyabr ayında Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasının ulduz səfirləri seçiliblər.

Əməliyyat Komitəsinə təşəkkür edən ulduz səfirlər etimadı doğrultmağa çalışacaqlarını bildiriblər.

Qeyd edək ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və ayın 14-də başa çatacaq. Yarış "Crystal Hall"da keçiriləcək və olimpiada günlərində paytaxtda FİDE konqresinin növbəti iclası olacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi