Yuxarı

Bakı Şahmat Olimpiadasının açılış mərasiminə hazırlıq davam edir - VİDEO

Artıq tədbirin ssenarisi təsdiqlənib və mərasimin məşqlərinə başlanılıb

Bakı. 19 avqust. REPORT.AZ/ Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılışına hazırlıq davam edir. 

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən "Report"a verilən məlumatına görə, artıq tədbirin ssenarisi təsdiqlənib və mərasimin məşqlərinə başlanılıb.

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin rəsmi tərəfdaşı "Amapola Exclusive Events" şirkətinin dəstəyilə tədbirin hazırlıq işləri həlledici mərhələyə çatıb. 

Mərasimin tərtibatçısı ukraynalı rejissor Knış Viktor Nikolayeviçdir. Yaradıcı heyətə Azərbaycanın xalq artisti Təranə Muradova, "RAST Prodakşn"ın rəhbəri, Azərbaycanın əməkdar artisti Rəşad Haşımov dəvət olunub.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi