Bakı Olimpiya Stadionunda fitnes mərkəzi fəaliyyətə başlayıb

Bakı Olimpiya Stadionunda fitnes mərkəzi fəaliyyətə başlayıb Mərkəz 900 kvadratmetr ərazidə yerləşir
Fərdi
6 Oktyabr , 2016 12:28
Bakı Olimpiya Stadionunda fitnes mərkəzi fəaliyyətə başlayıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bakı Olimpiya Stadionunda “Olympiskiy” fitness mərkəzi fəaliyyətə başlayıb. 

Bu barədə "Report"a idman qurğusunun direktorun Zaur Rəsulov məlumat verib. 

Onun sözlərinə görə, 900 kv. metr ərazidə yerləşən mərkəzdə ən son ağıllı və erqonomik texnologiyalar vasitəsilə bütün əzələ qruplarını inkişaf etdirmək olar: "İndi hər kəs üçün ideal bədənə sahib olmaq ön planda gəlir. Biz hər kəsin istədiyi bədənə sahib olmasına dəstəyimizi göstəririk. Bu, məşqçilərimizin məsləhətləri ilə müştərilərimizə düzgün idman ritmi yaratmağa kömək edəcək".

Z.Rəsulov bildirib ki, stadion rəhbərliyinin təşəbbüsü ilə fitnes müştəriləri peşəkar qaçış zolağında qaçaraq təmiz havada isinmə hərəkətlərin tamamlaya bilərlər. Ən son idman avadanlıqlarından əlavə “Olimpiskiy” geniş və təmiz soyunma otağı, rahat duş, sauna və hamam xidmətləri də təklif edir. 

Qeyd edək ki, hər gün səhər saat 7-dən axşam 11-ə qədər açıq olan mərkəzdə aylıq ödəniş 25 manatdan başlayır. 

Son xəbərlər

Orphus sistemi