Bakı may ayında dünya idman şəhərləri arasında "top-3"də yer alıb

Bakı may ayında dünya idman şəhərləri arasında "top-3"də yer alıb "Travel.ru" turizm servisi rusiyalı turistlər arasında ən populyar şəhərlərin reytinqini tərtib edib
Fərdi
2 May , 2016 11:36
Bakı may ayında dünya idman şəhərləri arasında top-3də yer alıb

Bakı. 2 may. REPORT.AZ/ "Travel.ru" turizm servisi rusiyalı turistlərin 2016-cı ilin may ayında idman tədbirlərinə qatılmağı planlaşdırdığı ən populyar şəhərləri müəyyənləşdirib.

"Report" xəbər verir ki, mayın 3 ən populyar idman şəhəri hokkey üzrə dünya çempionatının keçiriləcəyi Moskva, "Tour d'Azerbaijan" veloyarışının baş tutacağı Bakı və Formula-1 üzrə İspaniya Qran-Prisinin keçiriləcəyi Barselonadır.

Qeyd edək ki, mayın 4-dən 8-dək Azərbaycanda dördüncü dəfə "Tour d'Azerbaijan" velosiped yarışı keçiriləcək. Yarış 5 mərhələdən ibarətdir: Bakı - Sumqayıt (154 km), Bakı - İsmayıllı (186,5 km), Qəbələ - Şəki - Qəbələ (177 km), Qəbələ - Pirqulu (115 km) və Bakı-Abşeron-Bakı (158 km).Veloyürüşdə 19 ölkədən 6-sı pro-kontinental, 14-ü kontinental (o cümlədən "Synergy Baku"),1-i isə milli olmaqla 21 komanda iştirak edəcək.

Hokkey üzrə dünya çempionatı 6-22 may aralığında Moskva və Sankt-Peterburqda keçiriləcək. Formula-1 üzrə İspaniya Qran-Prisi isə 13-15 may tarixlərində Barselonada baş tutacaq.

Son xəbərlər

Orphus sistemi