“Bakı Marafonu 2019”da tələbə və korporativ iştirakçılar üçün xüsusi mükafat olacaq

“Bakı Marafonu 2019”da tələbə və korporativ iştirakçılar üçün xüsusi mükafat olacaq “Bakı Marafonu – 2019”da tələbə və korporativ iştirakçılar üçün xüsusi mükafat olacaq.
Fərdi
19 Aprel , 2019 13:18
“Bakı Marafonu  2019”da tələbə və korporativ iştirakçılar üçün xüsusi mükafat olacaq

“Bakı Marafonu – 2019”da tələbə və korporativ iştirakçılar üçün xüsusi mükafat olacaq.

“Report” layihənin rəsmi saytına istinadən xəbər verir ki, finiş xəttini ilk keçən korporativ iştirakçılar (qadın və kişi kateqoriyası üzrə) şirkətlərini İstanbul Marafonunda təmsil edəcəklər. Türk Hava Yolları tərəfindən təqdim olunacaq mükafat paketinə - gediş-dönüş bileti və İstanbul Marafonuna qeydiyyat daxildir. Digər xərclər isə qaliblərin özləri tərəfindən qarşılanmalıdır.

Hər il marafonda qeydiyyatdan keçən iştirakçıların böyük hissəsinin tələbələr olduğunu nəzərə alaraq, bu il Təşkilat Komitəsi onlar üçün də xüsusi mükafat təsis edib. Finiş xəttini ilk keçən tələbələr (qadın və kişi kateqoriyası üzrə) Parisdəki “Disneylend”də unudulmaz tətil yaşayacaqlar. “Azercell”in “GəncOl” paketi adından təqdim olunacaq mükafata 5 günlük səyahət, oteldə qalma xərcləri, eləcə də “Disneylend”ə giriş daxildir. Türk Hava Yolları isə qaliblərə gediş-dönüş biletini hədiyyə edəcək. Viza üçün müraciət və digər xərclər iştirakçıların özləri tərəfindən qarşılanmalıdır.

Bilet hədiyyə olunan iştirakçılar gediş-dönüş vaxtlarını özləri təyin edə bilərlər. Bilet hədiyyəsi 1 il müddətinə qədər keçərlidir.

Qeyd edək ki, yarışda iştirak etmək istəyənlər mayın 1-dək Bakı şəhərinin ticarət mərkəzlərindəki (“28 Mall”, “Gənclik Mall”, “Port Baku Mall”) qeydiyyat məntəqələrinə və ya “Bakı Marafonu-2019”un saytına (www.baku.marathon.az) müraciət edə bilərlər. Qeydiyyat zamanı müvafiq anket formasını doldurmaq, şəxsiyyət vəsiqəsinin surətini (tələbələr eyni zamanda tələbə vəsiqəsinin surətini) təqdim etmək və iştirak üçün müəyyən olunmuş vəsaiti ödəmək lazımdır. Fiziki şəxslər üçün ödəniş məbləği 20 manatdır.

Mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu-2019” keçiriləcək. Layihənin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir. “Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.

“Bakı Marafonu-2019”un mükafatlandırması bir neçə kateqoriyada olacaq. Marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparacaqlar. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerlər 3 min, 2-ci yerlər 2 min, 3-cü yerlər isə min manat məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaqlar.

Son xəbərlər

Orphus sistemi