“Bakı Marafonu - 2019”da qeydiyyatdan keçən fiziki şəxslər arasında lotereya təşkil ediləcək

“Bakı Marafonu - 2019”da qeydiyyatdan keçən fiziki şəxslər arasında lotereya təşkil ediləcək “Bakı Marafonu - 2019”da qeydiyyatdan keçən fiziki şəxslər arasında lotereya təşkil ediləcək.
Fərdi
19 Aprel , 2019 13:51
“Bakı Marafonu - 2019”da qeydiyyatdan keçən fiziki şəxslər arasında lotereya təşkil ediləcək

“Bakı Marafonu - 2019”da qeydiyyatdan keçən fiziki şəxslər arasında lotereya təşkil ediləcək.

“Report” layihənin rəsmi saytına istinadən xəbər verir ki, şanslı 2 nəfərə hava daşınması üzrə “Bakı Marafonu-2019”un rəsmi tərəfdaşlarından olan Türk Hava Yolları tərəfindən istənilən Avropa ölkəsinə pulsuz gediş-dönüş bileti hədiyyə olunacaq.

Lotereyanın qalibi mayın 2-də “Bakı Marafonu – 2019”un rəsmi feysbuk səhifəsində (https://www.facebook.com/bakumarathon/) canlı yayımlanacaq təsadüfi seçim əsasında müəyyənləşəcək. İştirakçılar gediş və dönüş arasındakı vaxt intervalını (mükafat yalnız 1 il ərzində keçərlidir) özləri təyin edə bilərlər. Eyni zamanda, viza müraciəti və digər xərclər qaliblərin özləri tərəfindən qarşılanmalıdır.

Bilet hədiyyə olunan iştirakçılar, gediş-dönüş vaxtlarını özləri təyin edə bilərlər. Bilet hədiyyəsi 1 il müddətinə qədər keçərlidir.

Qeyd edək ki, yarışda iştirak etmək istəyənlər mayın 1-dək Bakı şəhərinin ticarət mərkəzlərindəki (“28 Mall”, “Gənclik Mall”, “Port Baku Mall”) qeydiyyat məntəqələrinə və ya “Bakı Marafonu-2019”un saytına (www.baku.marathon.az) müraciət edə bilərlər. Qeydiyyat zamanı müvafiq anket formasını doldurmaq, şəxsiyyət vəsiqəsinin surətini (tələbələr eyni zamanda tələbə vəsiqəsinin surətini) təqdim etmək və iştirak üçün müəyyən olunmuş vəsaiti ödəmək lazımdır. Fiziki şəxslər üçün ödəniş məbləği 20 manatdır.

Mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu-2019” keçiriləcək. Layihənin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir. “Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.

“Bakı Marafonu-2019”un mükafatlandırması bir neçə kateqoriyada olacaq. Marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparacaqlar. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerlər 3 min, 2-ci yerlər 2 min, 3-cü yerlər isə min manat məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaqlar.

Son xəbərlər

Orphus sistemi