"Bakı Marafonu - 2018"in qalibləri müəyyənləşib - FOTOREPORTAJ - YENİLƏNİB

"Bakı Marafonu - 2018"in qalibləri müəyyənləşib - FOTOREPORTAJ - YENİLƏNİB Kişilər arasında Ukrayna, qadınlarda isə Türkiyə təmsilçisi qalib olub
Fərdi
13 May , 2018 11:54
Bakı Marafonu - 2018in qalibləri müəyyənləşib - FOTOREPORTAJ - YENİLƏNİB

Bakı. 13 may. REPORT.AZ/ "Bakı Marafonu - 2018"in qadın qalibi də müəyyənləşib.

"Report" xəbər verir ki, qadınlar arasında birinci yeri türkiyəli Fatimə Çelik tutub.

O, 1 saat 17 dəqiqə 55 saniyə göstərici ilə finişə birinci çatıb. Ukraynalı Valentina Paltovska ikinci, rusiyalı Anastasiya Petrova üçüncü olub.


***11:39

Bakı. 13 may. REPORT.AZ/ "Bakı Marafonu - 2018"in kişi qalibi müəyyənləşib.

"Report" xəbər verir ki, birinci yeri ukraynalı İqor Olifirenko tutub.

O, 1 saat 5 dəqiqə 46 saniyə göstərici ilə 21 km məsafəni hamıdan tez qət edib. İranlı Məhəmməd Cəfər Muradi 1 saat 8 dəqiqə 8 saniyə göstərici ilə ikinci, türkiyəli Ömər Alkanoğlu isə 1 saat 11 dəqiqə 19 saniyə göstərici ilə üçüncü olub.

Foto: Elçin Murad

Son xəbərlər

Orphus sistemi