"Bakı Marafonu - 2018"in qalibi Yay Olimpiya Oyunlarının iştirakçısı olub

"Bakı Marafonu - 2018"in qalibi Yay Olimpiya Oyunlarının iştirakçısı olub Ukraynalı İqor Olifirenko "Rio-2016"da 13-cü yeri yeri tutub
Fərdi
13 May , 2018 12:17
Bakı Marafonu - 2018in qalibi Yay Olimpiya Oyunlarının iştirakçısı olub

Bakı. 13 may. REPORT.AZ/ "Bakı Marafonu - 2018"in kişi qalibi İqor Olifirenkonun peşəkar idmançı olduğu müəyyənləşib.

Bu barədə "Report"da idmançının özü məlumat verib.

O, bildirib ki, atletika üzrə Ukrayna yığmasının heyətində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirak edib və 13-cü yeri yeri tutub:

"Peşəkar idmançı olmaqla yanaşı müxtəlif marafonlara da qatılıram. Məsələn, Belarus marafonunun da qalibi olmuşam. Bakıda birinci yeri tutmaq gözəl hisdir. Təşkilatçılıq yüksək səviyyədədir".

Olifirenko 1 saat 5 dəqiqə 46 saniyə göstərici ilə 21 km məsafəlik yarışın qalibi olub.

Son xəbərlər

Orphus sistemi